Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı:
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və muxtar respublikada ipoteka kreditləşməsinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli 41-V FR nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
10. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və muxtar respublikada ipoteka kreditləşməsinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli 41-V FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və muxtar respublikada ipoteka kreditləşməsinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli 41-V FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli 41-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanı.
Naxçıvan Muxtar Respublikasında ipoteka kreditləşməsi mexanizminin yaradılması, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi, xüsusilə gənc və aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 noyabr 2016-cı il tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, həmin tarixdən Fondun Nizamnaməsi və ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası təsdiq edilmişdir. Ali Məclis Sədrinin Sərəncamı ilə İdarə Heyətinin üzvləri vəzifəyə təyin edildikdən sonra Fond 15 noyabr 2016-cı il tarixdən fəaliyyətə başlamışdır.
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 noyabr 2016-cı il tarixli 41- V FR nömrəli Fərmanı ilə yaradılmışdır.Qısa müddət ərzində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsilə təmin edilməsinə başlamışdır. İlk ipoteka kreditlərinin maliyyələşdirilməsi 09 dekabr 2016-cı il tarixdə həyata keçirilmişdir. Yaranmasından az vaxt keçməsinə baxmayaraq 2016-cı ilin dekabr ayı ərzində 951 min 640 manat məbləğində ipoteka krediti maliyyələşdirilmişdir ki, bu maliyyələşmə nəticəsində Muxtar Respublikada 20 ailə ipoteka kreditləri vasitəsilə mənzillərə sahib olmuşdurlar.
“Naxçıvan İpoteka Fondu” Açıq səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 noyabr 2016-cı il tarixli 41-V FR nömrəli Fərmanı ilə yaradılmışdır.Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını rəhbər tutur.Cəmiyyət hüquqi şəxsdir.Cəmiyyətin yaranmaqda əsas məqsədi Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə maliyyə resusrlarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir.